Türkiyədə prezident seçkilərində namizəd sıralaması: Bülletendə Ərdoğanın adı 1-cidir – FOTO

Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK) prezident seçkilərində adları bülletenə düşəcək namizədləri sıralayıb.

Yenicag.az xəbər verir ki, YSK-nın qərarına əsasən, seçki bülletenində 1-ci sırada fəaliyyətdə olan Prezident Rəcəb Tayyib Ərdoğanın adı qeyd olunacaq.

Məlumata görə, seçki bülletenində 2-ci Məhərrəm İncə, 3-cü Kamal Kılıçdaroğlu, 4-cü isə Sinan Oğanın adı yer alacaq.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.