!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə prezident seçkilərində səsvermə başa çatdı - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyədə keçirilən prezident və parlament seçkilərində səsvermə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, proses yerli saatla 08:00-dan 17:00-dək davam edib.

İlkin nəticələrin bu gecə bəlli olacağı gözlənilir.

Qeyd edək ki, seçkilərdə “Cümhur” İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, “Millət” İttifaqının namizədi, CHP sədri kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır.

***09:00

Türkiyədə 13-cü prezident və 28-ci parlament seçkilərinin startı verildi.

Yenicag.az xəbər verir ki, bu dəqiqədən səsvermə məntəqələri seçicilərin üzünə açılır. Seçkilər saat 17:00-a qədər davam edəcək. Həmin vaxt seçki məntəqələrinin önündə gözləyənlər olarsa, onların da səsvermə hüququ tanındıqdan sonra seçki məntəqələri bağlanacaq və səslərin sayımı başlayacaq.

Bu seçkilərdə prezidentlik uğrunda 3 namizəd – “Cümhur” İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, “Millət” İttifaqının namizədi, CHP sədri kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürdüyünü açıqlasa da, Ali Seçki Qurumu ona verilən səslərin keçərli olacağını açıqlayıb. Belə ki, M.İncə seçkilərə 2 gün qalmış namizədliyini geri çəkib, qanunvericiliyə görə, onun namizədlikdən çəkilməsi vaxtı keçib. Ancaq ikinci tur olarsa, o zaman İncənin adı seçki bülletenindən çıxarılacaq.

Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək.

Türkiyədə 64 milyon 113 min 941 seçici üçün 191 min 884 seçki qutusu ayrılıb.

Parlament seçkisinə 24 siyasi partiya və 151 müstəqil namizəd qatılıb.

Səsvermə hüququ olanların 50,6 faizi qadın, 49,4 faizi kişidir.

Nələr qadağandır?

Səsvermə günü saat 06:00-dan 00:00-dək spirtli içki satışı, restoranlarda verilməsi və içilməsi qadağandır. Restoranlar yanlız qida ilə vətəndaşları təmin edə bilərlər. Bütün əyləncə mərkəzləri səsvermə müddətində bağlı olacaq. İş başında olan hüquq-mühafizə orqanı əməkdaşlarından başqa kimsə icazəli silahını gəzdirə bilməz.

Ötən gün saat 18:00-da başlayan təbliğat qadağası bu gün 21:00-dan sonra götürüləcək.

Ali Seçki Qurumu seçkinin ilkin nəticələrini 23:59-da qədər elan edəcək.

Səs sayımı və nəticələr canlı yayımla aparılacaq.

***

01:00

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Yenicag.az xəbər verir ki, prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səsvermə hüququna sahib olacaq. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.

Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Məhərrəm İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

www.yenicag.az

1724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv