Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Yenicag.az xəbər verir ki, prezident seçkilərində ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Vətən Partiyasından Doğu Perincək, Səadət Partiyasından namizəd Təməl Karamollaoğlu, Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş və digər siyasi partiyaların nümayəndələri qalib gəlmək uğrunda mübarizə aparırlar.

MHP, CHP, İyi Partiya, Səadət Partiyası, BBP, hakim Ədalət və İnkişaf Partiyası, Xalqların Demokratik Partiyası, Demokratik Partiya və digər siyasi partiyalar parlament seçkilərində mübarizə aparırlar.

Seçkilərdə 56 milyon 322 min 632 seçici qeydiyyata alınıb. Seçki məntəqələrində 180065 seçki qutusu qoyulub.

Türkiyənin xaricində yaşayan ölkə vətəndaşları iyunun 7-dən 19-dək keçirilən səsvermələrdə səs veriblər. Ölkənin sərhədlərindən xaricdə qeydiyyata alınan seçicilər həmçinin bu gün Türkiyə sərhədindən kənardakı nəzarət buraxılış məntəqələrində saat 17-dək səs verə bilərlər. Seçkiləri xarici müşahidəçilər, KİV nümayəndələri də izləyəcək.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb və 17:00-dək fəaliyyət göstərəcək. Səsvermələr başa çatdıqdan sonra namizədlərin topladıqları səslərin hesablanmasına başlanılacaq. Ali Seçki Komissiyasının qərarına əsasən, əvvəlcə prezidentliyə namizədlərin səsləri sayılacaq.

www.yenicag.az

4513
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100