Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyədə qanlı hadisə: avtobus sürücüsünü güllə ilə vurdular - FOTO/VİDEO

Istanbulun Fatih bölgəsində qanlı hadisə baş verib.

Yenicag.az xəbər verir ki, yol verilməsini tələb edən sürücü avtobusu dayanacağa yerləşdirmək istəyən başqa bir sürücü ilə mübahisə zamanı onu ayağından vuraraq qaçıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtobus sürücüsü avtobusu dayanacağa salan zaman digər avtomobildəki şəxslər ondan yol verməsini tələb edib. Yol açılmayınca aşağı düşüblər və tərəflər arasında mübahisə yaşanıb. Bundan sonra avtomobildəki şəxslərdən biri üzərindəki silahı çıxararaq avtobus sürücüdünü vurub.

Avtomobildəki şəxslər hadisə yerindın qaçaraq uzaqlaşıb.

Ətrafdakı şəxslər dərhal polis və sağlıq qruplarına xəbər verib. Yaralı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

www.yenicag.az

8662