Türkiyədə qar uçqunu nişanlı əsgərin həyatına son qoydu – FOTO

Türkiyənin Hakkari bölgəsində əsgər ölümünə səbəb olan faciə yaşanıb.

Yenicag.az xəbər verir ki, daha bor əsgər yaralanıb.

Hadisəyə səbəb dağlıq ərazidə olan əsgərlərin üzərinə qar yığının aşması olub. Belə ki, 5 əsgər hərbi çastdan ayrılaraq su anbarını yoxlamağa gedib. Anidən üzərilərinə qar topasının aşıb. Üç əsgər zərər görmədən qurtula bilib. Ancaq iki əsgərdən biri hadisə yerində ölüb, daha biri yaralanıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

Ölən əsgər Salih Dinçin nişanlı olduğu bildirilir.