!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə qar uçqunu - Ölən və itkin düşənlər var - VİDEO/FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyədə qar uçqununda ölənlərin sayı artaraq 23 nəfərə çatıb. 

***

Türkiyənin şərqindəki Van vilayətində qar uçqunu baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, qar uçqunu nəticəsində 50-dən çox adam uçqun altında qalıb.

İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüb. Nəticə olaraq hazırda 13 nəfərin öldüyü bildirilir.

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.

Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.

Qeyd edək ki, hadisə fevralın 4-ü axşam saatlarında qeydə alınıb. Həmin gün qar altından 5 nəfərin meyiti çıxarılmışdı. 6 nəfər isə sağ qurtarılmışdı.

www.yenicag.az

1029
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv