!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə “Qarabağ” parkı açılacaq

!Reklam – Yazi

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Türk İslam Sərgisi” təşkil olunub.

Yenicag.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutu, ADRA, Bursa Böyükşəhər bələdiyyəsi və bələdiyyənin nəzdində fəaliyyət göstərən “Busmek” incəsənət kurslarının birgə təşkilatçılığı ilə açılan sərgidə türk və İslam mədəniyyətinin inciləri nümayiş olunur. Sənətsevərlərin böyük marağına səbəb olan sərginin açılış tədbirinə türkiyəli və azərbaycanlı rəsmilər də qatılıb.

Tədbirdə ADRA-nın rektoru Ömər Eldarov, Milli Məclisin üzvü Qənirə Paşayeva, Azərbaycan Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Bursa Böyükşəhər bələdiyyəsinin nümayəndəsi Şaban Kander və Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir çıxış edib.

Millət vəkili Qənirə Paşayeva Bursanın tarixi-mədəni əhəmiyyətindən söz açıb və bildirib ki, tezliklə bu şəhərdə “Azərbaycan” küçəsi və “Qarabağ” parkı açılacaq.

Nazirliyin nümayəndəsi Qalib Qasımov isə öz növbəsində qeyd edib ki, Türkiyənin Azərbaycanda həyata keçirdiyi bu cür mədəni tədbirlərə hər zaman təşkilati dəstək veriləcək.

Sərgidən maraqlı görüntüləri təqdim edirik:

Aytək Yusifsoy

www.yenicag.az

2038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv