Türkiyədə qatar qəzası – Yaralılar var

Türkiyədə qatar qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə İstanbulun Florya səmtində qeydə alınıb.

Belə ki, Halkalı – Sirkeci Banliyö dəmiryolunda sınaq məqsədilə xəttə buraxılmış Marmaray qatarı ilə dəmir yolu xətlərini dəyişdirən nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/