Ege dənizinin Türkiyənin Çanaqqala şəhərinin Ayvacık bölgəsinə yaxın hissəsində içərisində qaçqınların olduğu qayıq batıb.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində üçü qadın və biri uşaq olmaqla 4 nəfər həyatını itirib. Digər 11 nəfər xilas edilərək yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, onlar Yunanıstanın Midilli adasına getmək istəyirmişlər.