Türkiyədə QƏRAR – Maska məcburiləşdi

Türkiyədə qoruyucu maskalardan istifadə məcburiləşdirilib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, qərar Ankara, İstanbul və Bursa vilayətində qüvvəyə minir.

Məlumatda bildirilib, ictimai yerlərdə maskalardan istifadə etməyən şəxslər cərimələnəcək.

Qeyd edək ki, Türkiyədə pandemiyasının ikinci dalğasının başladığı elan edilib. Bu ölkədə yoluxanların sayı 184 mini, sağalanların sayı isə 156 mini keçib.