Türkiyədə 42 yaşlı model İrina Dvizova və 15 yaşlı qızı amansızlıqla qətlə yetiriliblər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs modelin keçmiş əridir.
Qadının yaxınları onun keçmiş ərinin modelə davamlı şiddət göstərdiyini deyiblər. Bu səbəbdən də İrina qızı ilə Bodruma qaçıb. O da məlum olub ki, qadının anası və digər övladı David Moskvada yaşayırlar.
“O, çox qəddar insandır. Məni də döyürdü. Hələ də azadlıqdadır, saxlanılmayıb”, deyə David açıqlama verib. İrinanın yaxınları, hadisəni törədən şəxsin hələ də azadlıqda olmasına görə küçəyə çıxmağa qorxduqlarını bildiriblər.
Məlumatda həmçinin bildirilir ki, İrina Dvizova sərmayəçi idi, eyni zamanda, rieltor və model olaraq çalışırdı. Bundan əlavə, o, Norilskdə “Laquna” sağlamlıq kompleksinin də təsisçisi olub.
Xatırladaq ki, ana və qızının güllələnmiş cəsədləri Bodrumda tapılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.