2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Qırğızıstan kapitalı ilə 22 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət çoxdur.
Yenicag.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayının artmasına baxmayaraq onların ümumi kapıtalı azalıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 3,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 3,98 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (19) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 3,2 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Qırğızıstan kapitalı ilə 11 topdan və pərakəndə ticarət qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.