Türkiyədə reanimasiyaya yerləşdirilən müğənninin SON DURUMU – AÇIQLAMA / FOTO

Türkiyədə reanimasiyaya yerləşdirilən müğənni Nərmin Kərimbəyova kritik durumu adlayıb.

Yenicag.az xəbər verir ki, səhhəti barədə açıqlama verən sənətçi palataya köçürüldüyünü bildirib:

“Hələ ki qan azlığı və ağrılarla mübarizə aparıram. Allah kərimdir. Mənə görə narahat olanlar, yazanlar, zəng edənlər, dua edənlər, bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın. Artıq palatadayam. Hələ ki qan azlığı və ağrılarla mübarizə aparıram”.

Qeyd edək ki, qaraciyərinin bir hissəsi uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkən qardaşına köçürülərkən Nərminin vəziyyəti ağırlaşıb. Reanimasiyaya yerləşdirilən müğənni hazırda qardaş ölkədə müalicəsini davam etdirir.

Cəvahir