Türkiyədə referendum qovğası yenidən qızışır: indi də YSQ məhkəməyə üz tutur

Türkiyədə aprelin 16-da keçirilmiş Konstitusiya referendumundan sonra siyasi ehtiraslar hələ də soyumur.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Yüksək Seçim Qurumunun (YSQ) bir qədər əvvəl baş tutan və 4 saat davam edən toplantısında ciddi qərar qəbul olunub.

Məlumata görə, YSQ sədri Sadi Güven sədrliyi ilə keçirilən toplantıdan sonra verilən yazılı açıqlamada referendumdan sonra qurumun ünvanına səsləndirilən tənqidlərlə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilib.
Məhkəmə iddiasının əsas hədəfi “YSQ sədri və üzvlərinə böhtan atan açıqlamaların, o cümlədən həqiqətə uyğun olmayan, cinayət tərkibli bəyanatların” müəllifləridir.

Yeniçağ.Az