Türkiyədə referendum aprelin 16-na planlaşdırılıb.
Bunu Türkiyənin ədalət naziri Bəkir Bozdağ deyib.
Nazir bildirib ki, Konstitusiyaya dəyişikliklərə əsasən dövlət başçısına parlamenti ləğv etmək səlahiyyəti verilmir:
“Bunun əksinin iddia edənlər xalqın gözünün içinə baxa-baxa yalan söyləyirlər. Prezidentimizin bir tərəddüdü yoxdur. Referendumun ilkin olaraq aprelin 16-da keçirilməsi planlaşdırılır”.
Yeniçağ.az