Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanılıb

Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşlarının saxlanması zamanı onlarla birlikdə Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyeva da olub.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, Aytac Carçıyevanın taleyi ilə bağlı da xəbər yoxdur. Saxlanmasından sonra onun evində axtarış aparılıb və komputeri götürülüb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər.