Türkiyədə sağalanların sayı 236 min 370 nəfər oldu

Türkiyədə son sutka ərzində daha 22 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 102 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 309 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 257 032-yə yüksəlib.

Son sutka ərzində daha 801 nəfərin sağalmasıyla müalicəsi tamamlananların ümumi sayı 236 min 370 olub.