Türkiyədə şagirdləri daşıyan tur avtobusu yük maşını ilə toqquşdu: Onlarla yaralı var – FOTO

Türkiyənin Balıkəsir şəhərinin Susurluk rayonunda tur avtobusunun yük maşınına çırpılması nəticəsində 33 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, hadisə Bursa-Balıkesir avtomobil yolunda baş verib.

Yaralılar avtobus sürücüsü, 31 şagird və bir məmur ətraf xəstəxanalara çatdırılıblar.

Avtobusda olan sərnişinlər Ege Universitetindəki tədbirlərə qatılmaq üçün İzmirə gedən lisey şagirdləri olublar.