Birləşmiş Ərəb Əmirliklərinin iki nəfər casusundan biri İstanbuldakı Silivri cəzaçəkmə müəssisəsində özünü asaraq öldürüb.
Yenicag.az xəbər verir ki, ötən gün Türkiyənin Milli İstihbarat Təşkilatı və polisinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan iki nəfər BƏƏ-nin casusları olduqlarını etiraf etmişdilər.
Hər iki casusun İstanbul, Ankara və İzmirdə bir çox şəxslə həm telefon vasitəsilə, həm də üzbəüz görüşdükləri ortaya çıxmışdı.