Türkiyədə saxta spirtli içkidən 61 nəfər öldü

Türkiyədə saxta spirtli içkidən zəhərlənmə nəticəsində 61 nəfər ölüb.

Yenicag.az xəbər verir ki,  bu  barədə “Habertürk” telekanalı məlumat yayıb.  Bildirilir ki, zəhərlənənlərdən 30-u İstanbulludur.

Türkiyə polisi ölkənin şimalında 5 nəfərin aşağı keyfiyyətli spirtli içki istehsal etdiyini aşkarlayıb. Həmin şəxslər  hazırda həbs edilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.