Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə zamanı seçki məntəqəsində silahlı insident olub.
Yenicag.az xəbər verir ki, hadisə Ərzurumda qeydə alınıb.
Silahlı insident zamanı 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Prokurorluqdan verilən məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.
İlkin məlumata görə, atışmanın seçki ilə heç bir əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Qeyd edək ki, ölənlərdən biri İYİ partiyanın Ərzurum vilayət təşkilatının sədri Mehmet Sıddık Durmazdır.