!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə seçkiləri ADAM necə qazandı? - Aqil Ələsgər İstanbuldan yazır

!Reklam – Yazi

Türkiyədə müxalifətin seçki öncəsi qələbəyə inamı 2003-cü ildə “Bizim Azərbaycan” blokunun inamıyla üst-üstə düşürdü. Özlərini çox inandırmışdılar və ən çox da bu onlarda psixoloji travma yaratdı.

Psixoloji üstünlük Ərdoğanda!

Seçkilərin qeyri-rəsmi nəticələrinə görə, hazırda prezident seçkiləri ikinci tura qalsa da, seçki öncəsi olan psixoloji üstünlük artıq Ərdoğan tərəfdarlarına keçib. Seçkidən öncəki hava artıq qalmayıb. Hər nə qədər “öndəyik” desələr də, özlərinə məxsus “Anka” Xəbər Agentliyinin də Ərdoğanın səslərini tanıması o havanı dağıtdı.

Seçkinin itirəni: CHP

“Cumhur” İttifaqı parlamentdə açıq üstünlük əldə etdi, CHP isə 25 faizlik səsini artıra bilməməklə birlikdə, 168 mandatının 37-ni səsinə 0.01 faiz səs qata bilməyən DEVA, Gələcək, Səadət, Doğru Yola verdilər. Yəni əlavə mandat qazana bilmədikləri kimi, əllərindəkilərdən də oldular. Bu da qarşımızdakı iki həftənin və ondan sonrakı prosesin əsas katalizatoru olacaq. İndi Kılıçdaroğlunu dəstəkləsələr də, bu, İmamoğlunun CHP lideri olma yolundakı ən böyük “kozır”ı olacaq. Üstəlik, seçki bülletənlərindəki möhürün mürəkkəbi qurumadan CHP-dən üsyan səslərinin yüksəlməsi (Mehmet Sevigən, Yılmaz Özdil və s.) göstərir ki, müxalifət məğlubiyyəti qəbul edib.

Müxalifətin ümid yeri: Kartof, soğan, zəlzələ

Bəli, iqtidar İHA, SİHA, “Altay” tankı, “Atak” helikopteri kimi layihələrlə özünü reklam edərkən müxalifətin ən böyük arqumenti iqtisadi çətinlik idi. Kartof-soğan, zəlzələnin nəticələri üzərindən Ərdoğana hücum edilirdi. Son 45 gündə Ərdoğanın həm mavi qaz, həm təqaüdçü və məmur maaşları mövzusunda atdığı ard-arda addımlar seçicinin qərarının dəyişməsinə səbəb oldu.

Zəlzələ bölgəsindən gələn səslər də ikinci tur olarsa, Ərdoğanın psixoloji üstünlüyünü daha da artıracaq. Çünki müxalifətin son 45 gündə ən çox hədəfi məhz zəlzələdən əziyyət çəkən bölgələrdə iqtidarın yetərsiz qalması idi. Ancaq istisnasız, hətta Solun vətəni sayılan Hatayda belə “Cumhur” İttifaqının qələbə qazanması, Malatya, Qəhrəmanmaraş, Şanlıurfada Ərdoğanın əzici üstünlüyü heç də durumun onların dediyi kimi olmadığını göstərdi. Həm dövlətin vəziyyəti qısa zamanda kontrol altına alması, həm zəlzələnin nəticələrinin qısa zamanda aradan qaldırılmasına başlanılması, ən başlıcası, hazırkı prezidenti sevməyən şəxslərin də “bu işi bacars- bacarsa, Ərdoğan bacarar” düşüncəsində olması seçkinin nəticələrinə ciddi təsir göstərdi. Yəni “karvan yoldaykən sarvan dəyişdirilməz” məsəli burada tam yerinə düşür.

İkinci tur olarsa, Oğan…

Əgər xaricdən gələn səslər seçkini birinci turda bitirməyə yetməzsə, Ərdoğan seçkiyə 2,5 milyon səs artıq almış, parlamentdə üstün şəkildə girəcək. Sinan Oğan və Məhərrəm İncənin tərəfdarlarından bu tərəfə keçəcək səslərlə seçkini 53-55 faiz arası səslə qazanacaq.

Hər nə qədər Sinan Oğan seçki prossesinin başında hər iki rəqibinə qarşı eyni məsafədə dayansa da, sonlara doğru, xüsusilə İncənin CHP-FETÖ şantajıyla seçkidən uzaqlaşmasından sonra Kılıçdaroğluna qarşı daha sərt davrandığı müşahidə edilirdi.

Seçkidən bir gün öncə və seçki günü Oğanın Kılıçdaroğlunun xeyrinə namizədliyini geri götürdüyü iddiaları da tərəflər arasında gərginliyi daha da artırdı. Oğanın “terrorla arasına məsafə qoymayana dəstək verməyəcəyik” sözləri də HDP/YSP-nin dəstəklədiyi CHP liderinə açıq mesajı kimi dəyərləndirilir. Üstəlik, Sinan Oğan sonda Kılıçdaroğlu ilə anlaşsa belə, ona gələn müxalif millətçi səslərin Kılıçdaroğluna yuxarıdakı səbəbdən getməyəcəyi bəllidir. Türk millətçilərinin bu məsələdəki qırmızı çizgisi bəllidir.

HüdaPar yanlışı…

Yaşıl, yəni dindar kürdlərin səslərini almaq üçün HüdaPar-ı “Cumhur” İttifaqına daxil etməsi seçki öncəsi Ərdoğana qarşı başlıca qınaqlardan idi. Seçki sonrası görünən ilkin mənzərədə də Ərdoğanın seçki strategiyasında yeganə ciddi səhvinin bu olduğu görünür. Çünki HüdaPar-ın ittifaqa ciddi səs dəstəyi gətirmədiyi kimi, azı bir-iki faiz səsin də getməsinə səbəb olduğu görünməkdədir.

Millətçilik yüksələn xətt

Sadəcə Sinan Oğan deyil, səsi bütün rəy sorğularında 5 faiz civarında göstərilən Milliyyətçi Hərəkat Partiyasının 2018-ci ildən daha çox səs və deputat postu qazanması millətçilərin səsinin yüksəlişə keçdiyinin göstəricisidir.

Üstəlik, bundan öncəki seçkilərdə kilid səs kürdlərin olduğu halda, millətçilərin yüksəlişi bu faktoru ortadan qaldırdı. Bu isə HDP/YSP-nin siyasətdə dominantlığını ortadan qaldırır.

Sağ partiyaların qələbəsi…

Hər nə qədər Cümhuriyyət Xalq Partiyasının siyahısından da mandat qazansalar, faktiki olaraq, hazırda sağ partiyaların toplam mandat sayı 403 oldu:

AKP: 266
MHP: 50
Yenidən Rifah: 5
İYİ Parti: 44
DEVA: 14
Gələcək: 11
Səadət: 10
Demokrat Parti: 3.

Sol partiyalar isə CHP, YSP və İşçi Partiyaları olaraq cəmi 197 mandat qazana bildilər:

CHP: 131
YSP: 62
TİP: 4.

Bu isə Ərdoğanın istədiyi zaman sağ partiyalarla anlaşıb konstitusiyanı referenduma getmədən dəyişdirməyə belə gücünün çatacağı anlama gəlir. Bu da Kılıçdaroğlunun düşünmədən Ərdoğanın əlini gücləndirdiyini göstərir.

ADAM qazandı…

Qısacası, ADAM son seçkisini də qələbə ilə başa vurdu. Həm də bu dəfə 6+1 partiya, Bayden kimi beynəlxalq dəstəkçiləri, FETÖ, PKK kimi terror təşkilatlarının ucsuz-bucaqsız ittifaqına rəğmən qazandı. Tək başına həm özü, həm partiyası ən çox səsi qazandı. Bu isə siyasətin yenidən dizaynı anlamına gəlir. Kamal Kılıçdaroğlu, Əli Babacan, Əhməd Davudoğlu, Təməl Qaramollaoğlu kimi liderlər üçün bu dönəm son dönəmdi. Yəni Ərdoğan bir dönəm daha siyasətdəki yerini qarantiləyərkən rəqiblərini siyasətdən sildi…

www.yenicag.az

1500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv