Türkiyədə baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 38-ə yüksəlib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat paylaşıb.
Qoca sel fəlakətinin yaşandığı Kastamonu və Sinop şəhərlərində həyatını itirənlərn sayının 38-ə (Kastamonu 32, Sinop 6) çatdığını bildirib.
“228 nəfər seldən ziyan görüb. Xəstəxanalarımızda 12 nəfərin müalicəsi davam edir”, – deyə nazir vurğulayıb.