Türkiyədə baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.
Yenicag.az Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Kastamonuda 25, Sinopda isə 2 nəfər həyatını itirib, Bartında sel sularına qapılan 1 nəfər itkin düşüb.
Bundan başqa, AFAD rəhbərliyində Fəlakət və Fövqəladə Halın İdarəsi Mərkəzinin qurulduğu, fasiləsiz çalışmaların həyata keçirildiyi vurğulanıb.