Türkiyədə sel fəlakəti: Ölənlərin sayı artdı

Türkiyədə baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, sel fəlakəti nəticəsidə Şanlıurfada 9, Adıyamanda isə 1 nəfər olmaqla, ümumilikdə, 10 nəfər həyatını itirib.

3 nəfər isə itkin düşmüş hesab edilir.