Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı

Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində davam edən sel fəlakətində ölənlərin sayı 20-yə çatıb.

Yenicag.az xəbər verir ki, Adıyamanda zəlzələdən sonra 2 aylıq hamilə Fatma Tekdalın yaşyarımlıq övladı ilə birgə yerləşdiyi konteyneri su aparıb. Məlumata görə, hər ikisinin meyiti tapılıb.

Konteynerdə olan digər 8 nəfər öz imkanları ilə xilas olub.