Türkiyədə meydana gələn sel fəlakətində həyatını itirənlərin sayı 40-a çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, sel fəlakətinin yaşandığı Kastamonuda 34, Sinopda isə 6 nəfər həyatını itirib.
Bildirilib ki, Bartında isə sel sularına qapılaraq itkin düşən bir nəfərin axtarışları davam edir.