Türkiyədə baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda bildirilib ki, Kastamonuda 62, Sinopda 14, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 77 insan dünyasını dəyişib.
Bildirilib ki, həyatını itirən 14 vətəndaşın şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir. 7 nəfərin xəstəxanada müalicə alır.