Türkiyədə sərnişin avtobusu aşdı: Xeyli sayda yaralı var

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var.

Yenicag.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şanlıurfa-Qaziantep avtomobil yolunda qeydə alınıb.

Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Avtobusda olan yaralılar xilasedici qrupların köməyi ilə çıxarılıb.

Qəzanın sürücünün ötmə əməliyyatını düzgün aparmaması səbəbindən baş verdiyi iddia edilir./Report/