Türkiyənin Yüksək Seçki Şurasının (YSK) qərarına ilə ölkə ərazisində keçirilən növbədənkənar prezident və parlament seçkiləri başa çatıb.
Yenicag.az xəbər verir ki, yerli vaxtla saat 08:00-da açılan seçki məntəqələri 17:00-da bağlanıb.
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün sözlərinə görə, seçkilər zamanı hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb.
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan da seçkilərdə qanunvericiliyə zidd hər hansı bir ciddi hadisə baş vermədiyini açıqlayıb.
Eyni zamanda ATƏT müşahidəçiləri seçkilərin monitorinqində məhdudiyyətlər aşkar etməyib.