Türkiyədə iş yerində iki qrup arasında silahlı insident baş verib.
Yenicag.az NTV-ə istinadən xəbər verir ki, hadisə Konya vilayətinin Ereğli rayonunda baş verib.
Hadisə zamanı 7-si polis olmaqla 11 nəfər yaralanıb.
Naməlum səbəbdən başlayan mübahisə qısa zamanda atışmaya çevrilib.
Hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
İnsidentə müdaxilə edən 7 polis yaralanıb.
Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.