Türkiyədə son koronavirus göstəriciləri

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 352 min 335 test aparılıb, 23 min 347 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 201 nəfər koronavirusdan vəfat edib, 29 min 163 nəfər müalicə olunaraq sağalıb.