Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb.
Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 287 min 947 test götürülüb, 18 min 163 nəfərdə COVID-19 aşkarlanıb.
Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 165 nəfər koronavirusdan vəfat edib, 16 min 642 nəfər müalicə olunaraq sağalıb.