Türkiyədə koronavirusdan ölənlərin sayı 649 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərə çatıb. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir”, – deyə nazir bildirib.