Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 92 nəfər dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 150 141 şübhəli koronavirus testindən keçib, onlardan 3116-nın cavabı pozitiv çıxıb, 2298 xəstə isə sağalaraq evə buraxılıb.
F.Qoca ağır xəstə sayının dünənlə müqayisədə 3230 nəfərdən 3423 nəfərə qədər artdığını, indiyədək 411 055 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxduğunu, 11 418 nəfərin isə öldüyünü bildirib.
Qeyd edək ki, Türkiyədə ümumilikdə 16 milyondan çox insan COVID-19 testindən keçib.