Türkiyədə son sutkada 30 mindən çox insanda virus aşkarlandı – STATİSTİKA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 151 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda daha 30 min 21 nəfərdə COVID-19 aşkarlanıb, 18 min 892 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 milyon 939 min 929 nəfər sağalıb, 30 923nəfər isə vəfat edib.