Türkiyənin Qaziantep bölgəsində qız qaçırma məsələsi ilə bağlı dava baş verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, dava nəticəsində 15 yaşlı bir qız ölüb, daha 3 nəfər yaralanıb.
Hadisə yerli vaxtla 14:35 radələrində, Suriyalı qaçqınların yaşadığı bir mənzildə baş verib. Belə ki, qız qaçırma məsələsi ilə bağlı evdə mübahisə yaşanıb.
Daha sonra mübahisə zamanı soyuq kəsici silahlardan istifadə edilib. Nəticədə 15 yaşlı Hanən Elavəli adlı qız dünyasını dəyişib. Daha 3 nəfər müxtəlif xəsarətlər alıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım və polis cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.
Araşdırma aparılır.