Türkiyədə torpaq sürüşməsi olub, ölən və yaralananlar var.
Yenicag.az-ın yerli bürosu xəbər verir ki, Dənizli-Afyonqarahisar yolunda sürüşmə nəticəsində avtomobillər torpağın altında qalıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yolda uzun tıxac meydana gəlib. Yolun təmizlənməsi işləri davam etdirilir.