Türkiyədə təbii fəlakət nəticəsində onlarla ev torpaq altında qaldı – VİDEO

Türkiyənin Trabzon vilayətinin Sürmene rayonunda torpaq sürüşməsi nəticəsində onlarla ev torpaq altında qalıb.

Təbii fəlakət barədə əvvəlcədən məlumat verildiyindən insan itkisi baş verməyib.

Torpaq sürüşməsi nəticəsində Sürmene rayonunda yerləşən bir neçə əhəmiyyətli yol bağlanılıb.