Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə – indi daha asan oldu

RT GROUP Türkiyədə təhsil almaq istəyən şəxslərə müraciət edilib və Azərbaycanda abituriyentlərə “TÜRKİYƏDƏ TƏHSİL” almaq şansı yaradılıb.

Belə ki, RT GROUP Türkiyə universitetlərinə rəsmi qəbul mərkəzi olaraq təhsil almaq istəyənlərə xidmətini davam etdirir.

Şirkət Türkiyədə həm dövlət, həm də özəl universitetlərdə təhsil almağı təklif edir.

Qəbullar tamamilə qanuni və sənədləşmə yolu ilə həyata keçirilir.

Türkiyədə təhsil almaq həm SAT və YÖS nəticələri ilə, həm də imtahansız tək attestat ilə mümkündür.

Attestatını almayıb 11-ci sinifdə təhsil alan tələbələr oxuduqları orta məktəbdən arayış alaraq Türkiyədə təhsil almaq üçün müraciət edə bilərlər.

Türkiyə universitetlərində təhsil haqları

Türkiyə dövlət və zəl universitetlərində beynəlxalq tələbələr üçün nəzərdə tutulan təhsil haqları hər təhsil ilinin başlanğıcında yenidən təyin edilir. Dövlət universitetlərində beynəlxalq tələbələr üçün nəzərdə tutulan təhsil haqqı rektorluq tərəfindən, özəl universitetlərdə isə idarə heyəti tərəfindən müəyyən edilir.

Dövlət universitetlərində ixtisaslara görə təhsil haqları bakalavr pilləsi üzrə 550 AZN – 1200 AZN arasında dəyişir. Özəl universitetlərdə isə 4000 AZN – 6000 AZN arasında dəyişir.
Türkiyədə tələbələrin yaşam şərtləri

Türkiyədə yaşam tərzi və həyat standartları bizim ölkəmizə oxşar olduğu üçün abituriyentlərin ən çox seçim etdiyi ölkələr sırasındadır. Abituriyentlər qəbul aldıqdan sonra ən çox ünvanlanan suallar yaşam və yataqxana xərcləridir. Yaşam xərcləri əlbətdə ki, hər şəhər üçün fərqlidir. Yataqxana ödənişləri şəraitinə və qidalanmasına (gün ərzində 1,2 və ya 3) görə 120 AZN – 200 AZN arasında dəyişir.

Türkiyədə təqaüd imkanları

Abituriyentlər YÖS SAT və attestat nəticələrinə görə təhsil almağa başladıqdan sonra həm daxili, həm də xarici təqaüd proqramlarına müraciət edə bilərlər. Təqaüd proqramlarına müraciət edərək təhsil haqlarını, yataqxana ödənişlərini eyni zamanda aylıq ödəniş alma imkanı əldə edirlər. Azərbaycanlı tələbələrin ən çox müraciət etdiyi təqaüd proqramı “Türk dili danışan ölkələrinin təqaüd proqramı” dır. Bu proqrama müraciət şərtləri vardır.

Tələbələr:
• Bakalavr təhsili üçün 21 yaşdan az olması və qiymət ortalamasının 70% – i
• Magistr təhsili üçün 30 yaşdan az olması və qiymət oratalamasının 75% – i
• Tibb elmləri (Stomatologiya, müalicə işi və əczaçılıq) üçün qiymət ortalamasının 95% – i ilə
müraciət edə bilərlər.

Hər kəs Türkiyədə təhsil almaq imkanı əldə etmək istəyirsə, müraciət edə bilər!

Əlaqə vasitələri:
+99477 744 74 54
+99412 409 74 54
[email protected]
www.rtgroup.az