Türkiyədə tələbələri daşıyan mikroavtobus qəzaya uğradı – 17 yaralı

Türkiyədə tələbələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Yenicag.az xəbər verir ki, qəza Qaziantep-Osmaniye yolunda baş verib. Qəza nəticəsində 17 nəfər xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, qəza ilə bağlı polislər tərəfindən araşdırma aparılır.