Türkiyədə terror: 2 əsgər şəhid oldu, 5 əsgər yaralandı

Türkiyənin Şırnak vilayətində terror aktı törədilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatı tərəfdarlarının əvvəlcədən yola basdırdıqları bombanın partladılması nəticəsində 2 əsgər həlak olub, 5 nəfər isə yaralanıb.

Əraziyə əlavə əsgər qüvvəsi göndərilib.

Qarşı tədbirlər olaraq, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən terror düşərgəsini bombalayıb. Hava zərbələri ilə 4 terrorçunun məhv edildiyi bildirilib.