Reklam: High Technic
hightechnic

Türkiyədə terror: 2 şəhid, 3 yaralı

Türkiyənin Hakkari vilayətində əsgərləri daşıyan hərbi təyinatlı maşın kustar üsulla hazırlanmış bombaya düşüb.

Yenicag.az türk mediasına istiadən xəbər verir ki, Hakkari vilayətinin Şəmdilli rayonunda təhlükəsizliyin keşiyində dayanan əsgərlər PKK terrorçularının hücumuna məruz qalıb. Yolda quraşdırılmış bombanın partlması nəticəsində 2 əsgər şəhid olub, 3-ü isə yaralanıb.

Qeyd edək ki, əsgərlər növbə dəyişikliyi üçün yola çıxıblar.

www.yenicag.az

2948