Türkiyədə terror aktı: 4 ölü, 2 yaralı

pkkxainTürkiyənin Van vilayətində PKK terrorçuları avtobusu atəşə tutub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobusun içərisində kənd qoruyucuları olub.

Hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıb.

Hazırda bölgədə antiterror əməliyyatları davam etdirilir.