Türkiyənin Şırnak bölgəsinin Ortasu kəndində işçiləri daşıyan maşına roketlə hücum edilib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror qruplaşması tərəfindən həyata keçirilən hücum zamanı maşında olan 4 nəfər işçi yaralanıb.
Hadisədən sonra əraziyə hərbi helikopter cəlb edilib və yaralılar xəstəxanaya çatdırılıb.
Terroçuların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başladılıb.