Türkiyədə terror aktı törətməyi planlaşdıran PKK üzvü məhv edildi

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın Süleymaniyə bölgəsində yeni antiterror əməliyyatı keçirib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə PKK/KCK terror qruplaşmasının üzvü Mazlum Öztürk məhv edilib.

O, Türkiyədə böyük terror aktı törətməyi planlaşdırırmış.