!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə terror aktının qarşısı son anda alındı - FOTO / VİDEO

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində terror aktının qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, dünən İstanbul Respublika Baş prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində hərəkətə keçən Terrorla Mübarizə Baş İdarəsi təsbit edilən 8 fərqli ünvana eyni anda basqın təşkil etmişdi.

Əməliyyat nəticəsində TKP/ML terror təşkilatının 7 üzvü zərərsizləşdirilmiş, terrorçuların qaldıqları yerlərdən isə çox sayda silah-sursat aşkar edilərək götürülmüşdü.

Bu gün isə terrorçuların yaxalanmadan öncə həyata keçirdikləri kəşfiyyat görüntüləri yayımlanıb.

Terrorçuların məqsədinin hakim Ədalət və İnkişaf partiyasının (AKP) bölgə təşkilatının binasına bomba yüklü maşınla hücum təşkil etmək olduğu aydınlaşdırılıb.

Yaxalanan şəxslərin dindirilmə prosesi davam etdirilir.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv