Türkiyənin Diyarbəkir şəhərində terror aktı törətməyə çalışan 5 nəfər saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, saxlanılan şəxslər kuryerlik fəaliyyəti ilə məşğul idi. Terrorçuların saxlanıldığı an onlara aid çoxlu sayda partlayıcı maddə və silah aşkar edilib./apa/