Türkiyədə terror: şəhidlər var…

Türkiyənin Hakkari vilayətində PKK terror təşkilatı tərəfindən hazırlanmış bomba partladılıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, kustar üsulla hazırlanmış qurğunun partlaması nəticəsində 3 əsgər şəhid olub, 5-i isə yaralanıb. Hadisədən sonra yaralılar dərhal Yüksekova dövlət xəstəxanasına çatdırılıb. Terrorçuların tutulması üçün bölgəyə çoxlu sayda zirehli maşın göndərilib