Türkiyədə terror təşkilatının 4 üzvü həbs olunub.
Yenicag.az xəbər verir ki, İstanbulda terror təşkilatı DAEŞ-ə qarşı keçirilən əməliyyatda 7 şübhəli saxlanılıb. Onlardan “Ninova Bölgəsi hakimi” (Mosul) Cəlal İsmael Əhməd də daxil olmaqla 4 nəfərin ifadələri alınıb, barələrində həbs qətimkan tədbiri seçilib.
Terror təşkilatına üzv olmaqda şübhəli bilinən 3 nəfərin isə prokurorluqda ifadələri alınır.